Aİ Kiyevə 100 miyard avro ayırmağı planlaşdırır | VİDEO

   Aİ Kiyevə 100 miyard avro ayırmağı planlaşdırır     | VİDEO
  09 İyul 2025    Oxunub:1205
Avropa İttifaqı (Aİ) Ukraynaya yardım üçün nəzərdə tutulan büdcə layihəsinə 100 milyard avro daxil edə bilər.
AzVision.az xəbər verir ki, Amerikanın mənbələrə istinad edən “Blooçberg” agentliyi belə məlumat yayıb.

“Bu vəsait Aİ-nin bu ayın sonunda təqdim olunacaq növbəti yeddi illik büdcəsi üçün təklifinin bir hissəsini təşkil edə bilər. Üzv dövlətlər bunu büdcə müzakirələrində qəbul etsələr, pul 2028-ci ildə ödənilməyə başlayacaq”, - hesabatda deyilir.

Brüssel Ukrayna üçün milyardlar axtarır | VİDEO
Xatırladaq ki, dünən Böyük Britaniyanın “The Financial Times (FT)” qəzetinin yazdığına görə, Aİ ölkələri 2026-cı ildə Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini ödəməyi planlaşdırır. Bundan başqa, avropalı müttəfiqlər Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 50 milyard dollar kredit verə bilər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna  



Xəbər lenti